Myanma məhkəməsi Rohinca müsəlmanlarının liderləri, Arakan Milli Partiyasının sabiq sədri Ay Maunqu 20 il müddətində azadlıqdan məhrum edib.
ONA xəbər verir ki, bu barədə “Frontier Myanmar” nəşri məlumat yayıb.
Ay Maunq dövlətə xəyanətdə ittiham edilir.
Qeyd edək ki, 2018-ci ilin yanvarında etdiyi çıxış zamanı Ay Maunq Myanmanın hakim “Demokratiya uğrunda Milli Liqa” partiyasını Rohinca müsəlmanlarına qul kimi davranmaqda ittiham edib və bu çıxışından sonra həbs olunub.