Roma Papası gələn ilin əvvəllərində İraqa səfər etməyi planlaşdırdığını bildirib.
APA “voanews”a istinadən xəbər verir ki, Papa Fransis Vatikanda deyib ki, səfərdə məqsəd İraqda gələcəkdə sülh və əmin-amanlığın, təhlükəsizliyin bərqərar edilməsidir.
Bildirilib ki, Fransis papalığı dövründə xristianlar və müsəlmanlar arasında münasibətləri yaxınlaşdımağa çalışır.
Roma Papası fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə ziyarətini xristianlıqla islam arasında dialoq tarixinin yeni səhifəsi və dünyada qardaşlıq arasında sülhün təbliği adlandırıb.
Fransis Ərəbistan yarımadasına ilk səfərini xristian və islam sivilizasiyaları arasındakı qarşıdurmalara mane olunması üçün dönüş nöqtəsi kimi qiymətləndirib.
Onun səfər etdiyi müsəlman ölkələri sırasında Mərakeş, Türkiyə, Azərbaycan və Misir də yer alır.