• DÜNYA

    15:48 3 may 2020

Roma Papası koronavirusla bağlı dünyaya çağırış edib

Roma Papası Fransisk COVID-19-a qarşı peyvənd hazırlamaq üçün dünyadakı mütəxəssisləri əməkdaşlığa çağırıb.

APA bildirir ki, bu barədə Vatikanın rəsmi internet səhifəsində məlumat verilib.

Roma Papası bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində, COVID-19 pandemiyasını aradan qaldırmaq üçün fərqli ölkələr səylərini birləşdirə bilərlər:

“Mən yaşadığımız kəskin böhrana adekvat və səmərəli cavab vermək üçün istəyirəm ki, müxtəlif təşəbbüslərin həyata keçirildiyi beynəlxalq əməkdaşlıq dəstəklənsin. Vaksinlər və müalicə metodlarını tapmaqla, dünyanın hər yerində virusa yoluxmuş insana lazımı köməklik göstərilə bilər. Bu tibbi müalicəyə imkan verən əsas texnologiyalara bütün dünyanın çıxışı təmin etmək lazımdır. Elmi bacarıqları birləşdirmək həqiqətən vacibdir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR