• DÜNYA

    17:41 26 yanvar 2020

Roma Papası koronavirusla uğurlu mübarizə üçün dua edəcək

Roma Papası Fransisk yeni tip koronavirusa yoluxan insanlar və bu xəstəliklə uğurla mübarizə aparılması üçün dua edəcək.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ropa Papası bunu bu gün Vatikanda Müqəddəs Petr meydanında katoliklərə ənənəvi bazar günü müraciətində bildirib.

Xatırladaq ki, Çin 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına Vuhan şəhərində naməlum virus yoluxması barədə məlumat verib. Mütəxəssislər bunun “2019-nCoV” tipli koronavirus olduğunu müəyyənləşdiriblər. Son məlumatlara əsasən, Çində 1975 nəfər kornavirusa yoluxub, 56 nəfər ölüb. Artıq Honkonq, Tayvan, Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da bu virusa yoluxanlar aşkarlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR