Ruandanın prezidenti Pol Kaqame Afrika əhalisini etnik millətçiliyin təbliğinə qarşı çıxmağa çağırıb.
ONA TASS-a istinadən xəbər verir ki, bunu o, Ruandada tutsi genosidinin 25-ci ildönümünə həsr edilmiş çıxışı zamanı deyib.
“Hər zaman xilaskar və demokrat maskası arxasında gizlənmiş millətçi və nifrət elçilərinə qarşı mübarizə aparın. Bizi birləşdirən dəyərlər fərqləndirənlərdən daha vacibdir”, - deyə Kaqame bildirib.
Onun sözlərinə görə, heç bir ölkə Ruandada baş verənlərdən sığortalanmayıb.