• DÜNYA

    03:14 21 may 2019

Ruhani: "Rəsmi Tehran ABŞ-la danışıqlardan imtina edib"

İran prezidenti Həsən Ruhani rəsmi Tehranın hazırda ABŞ-la danışıqlara başlamaq niyyətində olmadığını açıqlayıb.

ONA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Danışıqların heç vaxtı deyil, indi müqavimət və dözümlülük vaxtıdır”, - Ruhani belə deyib.

Onun sözlərinə görə, ABŞ 8 dəfə rəsmi olaraq danışıqlar barədə çağırış edib. H.Ruhani, həmçinin bildirib ki, hazırkı şərtlərlə İran və ABŞ arasında danışıqlar aparılması “doğru qərar” deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR