• DÜNYA

    16:59 26 fevral 2019

Ruhani: “Zərif ABŞ-la savaşın ön cəbhəsindədir”

İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasına münasibət bildirib.

ONA-nın Türkiyə mediasına istinadən xəbərinə görə, Ruhani “Zərif ABŞ-la savaşın ön cəbhəsindədir” deyib.

Ruhani Zəriflə yanaşı, İranın neft naziri Bijen Namdar Zengene ilə İran Mərkəzi Bankının sədri Əbdünnasir Himmətiyə ABŞ-a qarşı apardıqları mübarizəyə görə təşəkkür edib.

Qeyd edək ki, dünən Suriya prezidenti Bəşər Əsəd İrana səfər edərək, prezident Həsən Ruhani ilə görüşüb. İddialara görə, Cavad Zərif səfər barədə öncədən məlumatlı olmayıb. Bu səbəbdən İranın xarici işlər naziri postundan istefa verib.

İran prezidenti xarici işlər nazirinin istefasını hələ qəbul etməyib. Prezident Aparatı Ruhaninin Zərifin istefasını qəbul etməsi barədə yayılan xəbərləri rəsmi şəkildə təkzib edib. İran parlamentinin 150 nəfər deputatı isə Zərifin istefasının qəbul olunmaması ilə bağlı prezidentə məktub ünvanlayıb.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR