• DÜNYA

    10:40 25 mart 2019

Rumıniya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

Rumıniya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

ONA xəbər verir ki, bunu Rumıniyanın baş naziri Viorisa Dansila və Honduras prezidenti Xuan Orlando Hernandes ötən gün Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Vaşinqtonda keçirilən illik konfransında bəyan edib.

Bildirilib ki, hər iki ölkə səfirliyini Qüdsə köçürmək niyyətindədir.

KİV-in məlumatına görə, Rumıniya prezidenti baş nazirin bu qərarı onunla razılaşdırmadığını deyib.

Qeyd edək ki, 2018-ci ilin əvvəlində ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR