• DÜNYA

    06:22 30 mart 2021

Rumıniyada komendant saatının vaxtı uzadılıb, mağazaların iş saatı azaldılıb

Rumıniyada koronavirusun qarşının alınması məqsədilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərə qarşı 2 gündür etiraz nümayişləri keçirilir.

APA “Agerpres”ə istinadən xəbər verir ki, nümayişlər paytaxt Buxarestdə və digər şəhərlərdə baş tutub.

Bir neçə yüz nəfər Zəfər Meydanında "Azadlıq", "Maskasız həya" və s. şüarları səsləndiriblər.

Qələbə Meydanına toplaşanlar isə komendant saatının başlamasına baxmayaraq, nümayişi davam etdiriblər.

Qeyd edək ki, martın 28-dən etibarən ölkədə tətbiq edilən komendant saatının vaxtı uzadılıb, mağazaların iş saatı azaldılıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR