• DÜNYA

    10:43 24 noyabr 2019

Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkilərinin ikinci turu ilə əlaqədar ölkədə 18 min 748, xaricdə 835 seçki məntəqəsi yaradılıb.

Rumıniyada 18,2 milyon seçici qeydə alınıb, xaricdəki rumınların sayı isə 4 milyon nəfərə yaxındır.

Rumıniya Prezidenti 5 il müddətinə seçilir. Noyabrın 10-da keçirilən birinci turda 14 namizəddən heç bir 50 faizdən çox səs toplamayıb. Ən çox səs toplamış hazırkı Prezident, Milli-Liberal Partiya tərəfindən namizədliyi irəli sürülmüş Klaus Yohannis (37,82%) və Sosial-Demokrat Partiyanın namizədi Viorika Dençile (22,26%) ikinci turda mübarizə aparır. Seçkilərin favoriti hazırkı Prezident Klaus Yohannis hesab edilir.

Səsvermə yerli vaxtla saat 21.00-da başa çatacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR