Naməlum şəxslər Parisdə Qvineya prezidentliyinə keçmiş namizəd Maria-Madlen Diubatenin qiymətli brilyantını oğurlayıblar.
ONA lenta.ru-ya istinadla xəbər verir ki, xanım Diubate briyantın qiymətini öyrənmək üçün Parisdə qaldığı hotellərin birində ləl-cəvahirət mütəxəsisləri ilə görüşmək istəyib.
Onun dəvətilə hotelə gələn “zərgər”lər briyantın 45 milyon avro dəyərində olduğunu bildiriblər.
Özlərini "rusiyalı zərgərlər" kimi qələmə verən iki “mütəxəssis” qiymətli daşı bir göz qırpımında saxtası ilə dəyişdirməyə macal tapıblar.
Diubate briyantın dəyişdirildiyi biləndə isə artıq gec olub, cinayətkarlar mehmanxananı tərk ediblər.
Polis tərəfindən cinayətkar qrupun həyata keçirdiyi oğurluq hadisəsilə bağlı araşdırma aparılır. Axtarılan şəxslərin şəxsiyyəti və vətəndaşlığı barədə hələ ki, heç bir məlumat yoxdur.