Rusiyanın müdafiə sənayesi müəssisələri Çin üçün ikinci dəfə “S-400” zenit-raket kompleksləri dəstini hazırlamalı olub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyi hərbi-diplomatik nümayəndəliyə istinadən məlumat yayıb.
Bildirilir ki, ZRK dəsti tam hazırdır.
“Texnika Kapustin Yar poliqonunda yerləşir və orada onların təhvil-təslim yoxlamaları aparılır”, - deyə mənbə bildirib.
Qeyd olunur ki, “S-400”-lər Çinə iki ay sürəcək yoxlamalardan sonra veriləcək.
Xatırladaq ki, bundan əvvəl Çinin sifariş verdiyi “S-400” kompleksləri daşınma zamanı qasırğaya düşərək zədələnmişdi.