• DÜNYA

    20:54 7 fevral 2020

Rusiya Dövlət Dumasının deputatı vertolyot qəzasında ölüb


Rusiyanın Tatarıstan Respublikasında “Bell” tipli vertolyot qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qəzada Dövlət Dumasının Aqrar məsələləri komitəsinin sədr müavini Ayrat Xayrullin ölüb, daha 2 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatında qəzaya səbəb kimi vertolyotun sərt eniş etməsi ehtimal edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR