Rusiyanın Ermənistanda Erebuni aerodromunda yerləşən 3624-cü aviabazasındakı MiQ-29 təyyarələri yeni çoxməqsədli Su-30 qırıcıları ilə əvəzlənəcək. ONA-nın məlumatına gör, bu barədə TASS bazadakı mənbəyə istinadən yazıb. Bildirilir ki, ümumilikdə bazaya 18 qırıcının göndərilməsi nəzərdə tutulub: “Aviabazanın təyyarələrinin Su-30 qırıcıları ilə dəyişdirilməsinə gələn ildən başlanılacaq. Təyyarələr 2020-2021-ci illərdə 2 mərhələdə daşınacaq. İçəridə olan 18 ədəd bütün MiQ-29-lar əvəzlənəcək”.
Mənbə bildirib ki, təyyarələr bazaya gətirilməyə başlayanda uçuş heyətinin bir hissəsi Lipetskdəki aviamərkəzdə təlim keçəcəklər. İkinci mərhələ tədarükdən sonra təlim aviabaza daxilində baş tutacaq.