• DÜNYA

    12:47 26 mart 2019

Moskvada FTX generalının meyiti tapılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) istefada olan 59 yaşlı general-mayoru Moskvadakı evində ölü tapılıb.

ONA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Sergey Sokolovun evində FTX-nin pensiya kartı tapılıb. O, FTX-də idarələrdən birinin rəhbəri olub. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

General-mayorun evində “Glock” və “Brauninq” markalı tapançalar, travmatik tapança, ov tüfəngi və 150 patron aşkarlanıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR