Dekabrın 7-də “Morspetsservice” gəmiçilik şirkəti “Kronstadt Technologies” ilə 10 yük-sərnişin gəmisini müstəqil naviqasiya sistemləri ilə (idarə olunan pilotsuz sistem) təchiz etmək barədə müqavilə imzalayıb.
APA “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Texnoloji Təşəbbüsün (NTI) Marinet Sektor Mərkəzinin baş direktoru Aleksandr Pinski bildirib.
“Kronstadt Technologies” və “SeaEnergy” (MT-Group-un bir hissəsi) arasında digər analoji müqavilənin (növbəti 10 quru yük gəmisi üçün) dekabrın 8-də imzalanması planlaşdırılır.