• DÜNYA

    09:12 21 mart 2019

Yeni körpü Rusiya ilə Çini birləşdirib

Rusiya Amur çayı üzərindən Çinə gedən dəmiryolu körpüsündə mühəndis işlərini tamamlayıb.

ONA-nın RİA Novosti-yə istinadən yaydığı xəbərinə görə, beləliklə iki tərəfdən tikilən körpü çay üzərində birləşdirilib.

Körpünün tikintisi iyul ayında tamamlanacaq. Bu il ərzində qatarların yeni xətlə hərəkəti gözlənilir.

Nijneleninskoye-Tundzan Rusiya ilə Çin arasında ilk dəmiryolu körpüsüdür.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR