• DÜNYA

    11:59 27 mart 2019

Rusiya kriminal avtoritetlərlə bağlı cəzaları sərtləşdirir

Rusiya Federasiya Şurası kriminal avtoritetlərlə bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsi haqqında prezident qanunu qəbul edib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsinə əsasən mütəşəkkil cinayətkar dəstə yaradanlar və ya ona rəhbərlik edənlər 5 milyon rubl cərimə ödəməklə 12 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası alacaqlar.

Kriminal avtoritetlərin yığıncaqlarında iştiraka görə də cəzalar sərtləşdirilib. Belə ki, bu cinayətə görə 1 milyon rubl cərimə və 12 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub.

Bundan əlavə yeni qanuna görə cinayət iyerarxiyasında yüksək vəzifə tutanlar da cinayət məsuliyyətinə cəlb olunacaq. Belə ki, "kriminal avtoritet" adını daşıyanlar 5 milyon rubl cərimə ilə yanaşı 8 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Yeni qanun kriminal avtoritetlər üçün şərti azadlıqdan məhrum etmə cəzasını istisna edir. Bununla yanaşı mütəşəkkil cinayətkar dəstədə əvvəllər iştirak etmiş, lakin daha sonra oranı tərk edən və polislə əməkdaşlıq edən şəxslər cinayət məsuliyyətindən azad olunacaqlar.

Qanun layihəsi Rusiya prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR