Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirib.
APA-nın xəbərinə görə, RİA “Novosti”nin "Telegram" kanalında bildirilib ki, bu barədə müdafiə naziri ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.
O, Rusiyanın nüvə qüvvələri də daxil olmaqla, strateji təyinatlı raket qüvvələri, Şimal və Sakit Okean donanmaları, uzaq məsafə aviasiyasının xüsusi döyüş növbətçiliyi rejiminə keçdiyini vurğulayıb.