Rusiya 2025-ci ildən Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.
Onun sözlərinə görə, Rusiya yeni milli orbital stansiya layihəsinə başlayır:
"Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır. Beynəlxalq Kosmik Stansiya ciddi köhnəlib və hökumət xarici tərəfdaşlarla əvvəlcədən bu haqda danışmağı təklif edib”.