• DÜNYA

    17:57 1 may 2019

Rusiya pasportunu qəbul edənlər Ukrayna vətəndaşlığından məhrum edilə bilər

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər məsələsi üzrə nazir müavini Yuri Qrımçak bəyan edib ki, Kiyevin tabeliyində olmayan Donbasda Rusiya pasportunu alan şəxsləri vətəndaşlıqdan çıxarmaq lazımdır.

ONA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Y.Qrımçak qeyd edib ki, məsələ tamamilə humanitar xarakter daşıyır və Rusiya rəsmi Kiyevə problem yaratmaq istəmir, lakin Donbasda vətəndaş hüquqları ilə bağlı vəziyyət nəzarətdən çıxır.

“Ukrayna Konstitusiyasına əsasən, ukraynalılar bir pasporta malik ola bilərlər – Ukrayna pasportu. Bu səbəbdən Rusiya Federasiyasının vətəndaşlığını alan şəxslər Ukrayna vətəndaşlığından məhrum edilə bilər. Məncə, belə də etmək lazımdır – onların Ukrayna pasportunu ləğv etməliyik”, - deyə Y.Qrımçak bildirib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR