Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyası haqda qanunu imzalayıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Prezidenti Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyası haqda qanunu bu gün imzalayıb.
Qeyd edək ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.
Bir müddət əvvəl isə Rusiya Dövlət Duması və Rusiya Federasiya Şurası “Xəzərin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib.