Rusiyanın Samara şəhərində mənzillərin birində qadın cəsədi aşkar olunub. Müəyyən edilib ki, həmin qadın hələ 2019-cu ilin avqust ayında dünyasını dəyişib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, qadın həmin mənzildə fiziki məhdudiyyətli oğlu ilə yaşayırmış. Anası öldükdən sonra o, pulu olmadığı üçün dəfn mərasimi təşkil edə bilməyib. Ona görə də cəsədi palaza bükərək otaqların birinə atıb.
Hadisənin üstü evə çağırılan qonaq tərəfindən açılıb. Ölən qadının oğlu öz tanışını evə dəvət edib və həmin şəxs gördükləri barədə polisə məlumat verib.
Hazırda hadisənin təfərrüatları araşdırılır.