Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkə səmasında “Boeing 737 MAX” təyyarələrinin uçuşunu qadağan edib.
ONA-nın TASS-a istinadən xəbərinə görə, qərarı “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko açıqlayıb.
Onun sözlərinə görə, qadağa növbəti qərar açıqlanana qədər qüvvədə olacaq.
Qeyd edək ki, son yarım il ərzində iki “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.