Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələri istisna ilə, iyulun 1-nə qədər xarici ölkələrə buğda, çovdar, meslin (buğda və çovdar qarışığı), arpa və qarğıdalının ixracını dayandırıb.
ONA-nın xəbərinə görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Rusiya bu addımı taxılın qiymətini stabilləşdirmək, ölkənin daxili tələbatını təmin etmək üçün atdığını açıqlayıb.