Rusiya nümayəndə heyəti bu gün axşama yaxın danışıqların keçiriləcəyi yerdə Ukrayna nümayəndə heyətini gözləyəcək. Ümid edirik ki, onlar gələcəklər.
APA RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.
Peskov Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik edəcəyini təsdiqləyib və danışıqların nəticəsi barədə proqnoz verə bilməyəcəklərini əlavə edib.
O, Qərbin sanksiyaları ilə bağlı Rusiya iqtisadiyyatının ciddi zərbə aldığını, lakin ayaq üstə qala biləcəyini əlavə edib.