• DÜNYA

    09:31 24 aprel 2022

Rusiya Ukraynada hücum əməliyyatlarını aktivləşdirib

Rusiya Ordusu Severodonetsk, Kuraxovsk və Popasnya istiqamətlərində hücum əməliyyatlarını aktivləşdirib.

ONA-nın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Zareçno, Rubejnoe və Popasnya rayonlarında döyüşlər gedir. Mariupolda isə “Azovstal” zavodunda Ukrayna ordusunun bölmələri atəş altında saxlanılır, aviasiya zərbələri endirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR