Rusiya və ABŞ diplomatları Romada Venesuelaya dair məsləhətləşmələr aparacaq.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, Rusiya XİN başçısının müavini Sergey Ryabkov ABŞ-ın Venesuelaya dair xüsusi nümayəndəsi Elliot Abramsla çərşənbə axşamı Romada görüş keçirəcək.
Tərəflər Venesuelada cərəyan edən hadisələr haqqında fikir mübadiləsi aparacaq.
Bu, Moskva və Vaşinqtonun Venesuelaya dair ilk görüşü olacaq.