Helsinkidə Rusiya və Almaniya xarici işlər nazirlərinin görüşü keçirilir.
ONA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, Sergey Lavrov və Hayko Mas arasında görüş Avropa Şurası Nazirlər Komitəsinin Helsinkidə keçirilən iclası çərçivəsində baş tutub.
Görüş mətbuata qapalı keçirilir.
Görüşdən əvvəl Almaniya xarici işlər naziri Hayko Mas jurnalistlərə açıqlamasında bildirib ki, rusiyalı həmkarı ilə Yaxın Şərqdə və Ukraynadakı vəziyyəti, həmçinin Rusiyanın Avropa Şurasında üzvlüyü məsələsini müzakirə edəcək.