Rusiya və Suriya ABŞ-ı Suriyanı tərk etməyə çağırıb.
ONA “EuroNews”-a istinadən xəbər verir ki, bu barədə Rusiya və Suriyanın birgə yaydığı bəyanatda deyilir.
Bəyanatda ABŞ-ın Suriya ərazisində qanunsuz yerləşdiyi qeyd olunur: "Hər iki ölkə ABŞ-ı İordaniya-Suriya sərhədində yerləşən qaçqın düşərgəsindən insanların evakuasiya olunmasına icazə verməsini tələb edir. Biz ABŞ-ı Rükban düşərgəsinin qanunsuz saxlanılan sakinlərini azadlığa buraxmağa çağırırıq”.
Qeyd edək ki, ötən ay ABŞ Suriyanın iki ayrı bölgəsində 400 hərbçi saxlayacağını bəyan etmişdi.