• DÜNYA

    12:10 9 mart 2019

Rusiya və Suriya “Rükban” qaçqın düşərgəsindəki uşaqların taleyi ilə bağlı bəyanat yayıb

“Humanitar böhran nəticəsində “Rükban” qaçqın düşərgəsində olan uşaqların həyatda qalmaq üçün, demək olar ki, şansı yoxdur”.

ONA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya və Suriya koordinasiya qərargahlarının rəhbərləri Mixail Mizintsev və Hüseyn Mahlüf bəyanat yayıb.

Bildirilir ki, “Rükban” qaçqın düşərgəsinin sakinləri çox ağır şəraitdə yaşayırlar. “Ən çox uşaqlar əzab çəkir. Yemək və tibbi yardımın olmaması, antisanitariya və infeksion xəstəliklər şəraitində doğulan körpələrin yaşamaq şansı yoxa bərabərdir”, - deyə bəyanatda qeyd olunur.

“Rükban” sakinlərinin qohumlarının sözlərinə görə, düşərgədə həyatını itirən şəxslərin böyük əksəriyyəti 2 yaşına qədər olan körpələrdir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR