Bu gündən Türkiyə və Rusiya Suriyanın İdlib vilayətinə birgə patrul xidmətinə başlayacaq.
ONA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
H. Akad deyib ki, Türkiyə İdlibdə silahsızlaşdırılmış zonada, Rusiya isə zonanın xarici perimetri üzrə patrul xidməti həyata keçirəcək. Müdafiə naziri qeyd edib ki, birgə patrul xidməti Suriyanın bu bölgəsində atəşkəs rejiminin qorunması və sabitliyin təmini üçün vacibdir.
Qeyd edək ki, keçən ilin sentyabrında Soçidə Rusiya və Türkiyə arasında Suriyanın İdlib vilayətində silahsızlaşdırılmış zona yaradılması barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən həmin il oktyabrın ortalarına qədər silahlı qruplar və Suriya ordusu ağır silahları həmin zonadan çıxarmalı, Türkiyə və Rusiya hərbçiləri təmas xətti və Hələb-Lazkiyə, Hələb-Hama magistralında birgə patrul xidmətinə başlamalı idi.