• DÜNYA

    16:19 3 may 2019

Rusiya XİN Belarusdakı səfirin dəyişdirilməsi məsələsinə münasibət bildirib

“Rusiyanın Belarusdakı səfirinin dəyişməsi Moskva və Minsk arasındakı münasibətlərdə böhranın olduğu anlamına gəlmir”.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

“Normal gedişdir. Diplomatik təcrübədə müxtəlif kazuslar olur. Rusiya və Belarus münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır” - deyə Karasin vurğulayıb.

Rusiya XİN başçısının müavini iki ölkənin tərəfdaşlığına nikbinliklə baxmağın vacib olduğunu söyləyib: “Bu müttəfiq dövlətlərin inteqrasiyası dərinləşdirilməlidir. Belə iş artıq aparılır”.

Qeyd edək ki, aprelin 30-da Rusiya prezidenti Vladimir Putin Belarusdakı səfir Mixail Babiçi vəzifəsindən azad edib, onun yerinə Federasiya Şurasının komitə sədri Dmitri Mezentsev təyin olunub.

M.Babiç 2018-ci ilin avqustunda Rusiyanın Belarusdakı səfiri vəzifəsinə təyin olunub. Ötən ay Belarus XİN rusiyalı səfiri iki ölkə arasında münasibətləri korlamaqda ittiham edib.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR