• DÜNYA

    16:41 28 may 2019

Rusiya XİN: Kosovoda hücum üçün vaxt təsadüfi seçilməyib

Rusiya Xarici İşlər Nazirliyi Kosovoda baş verən insidentlə bağlı bəyanat yayıb.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda Kosovoda xüsusi təyinatlıların 13 nəfər yerli serbi saxlaması təxribat adlandırılıb:

"Kosovo-alban xüsusi təyinatlılarının mayın 28-də səhər serblərin yaşadığı rayona basqını və 13 nəfər yerli serbi saxlamasına Priştinanın qeyri-alban əhalinin qorxudulmasına, sıxışdırılmasına və bu rayonlarda nəzarəti güc yolu ilə ələ keçirməyə istiqamətlənən növbəti təxribatı kimi baxırıq.

Xatırladırıq ki, Belqrad və Priştina arasında Qərbin dəstəyi ilə baş tutan dialoqda silahlı Kosovo xüsusi təyinatlılarının serblərin kütləvi yaşadığı ərazilərə keçməyəcəyi barədə anlayış əldə olunub. Kosovo tərəfinin bu cür addımları millətlərarası gərginliyin qızışdırılmasına, post-konfliktin sülh yolu ilə nizamlanması ilə bağlı beynəlxalq ictimaiyyətin uzun illər göstərdiyi səylərin mənasını itirməsinə gətirib çıxarır", - deyə bəyanatda bildirilib.

O da qeyd olunub ki, Kosovo xüsusi təyinatlılarının hücum vaxtı təsadüfi seçilməyib: "Hücum üçün vaxt təsadüfi seçilməyib, Serbiya prezidenti A.Vuçiçin Xalq Məclisində Kosovo məsələsi ilə bağlı çıxışından dərhal sonra... Güman edirik ki, Belqradın tutumlu, ədalətli və uzunmüddətli həllə istiqamətlənən yanaşması nə Priştinanı, nə də onun Qərbdəki himayədarlarını maraqlandırmır. Bu olduqca məsuliyyətli anda Priştinanın beynəlxalq himayədarlarını Kosovo-alban radikallarına ağıl verməyə və bundan sonra münaqişənin gözlənilməz nəticələrinin qarşısını almağa çağırırıq".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR