• DÜNYA

    09:26 31 may 2019

Rusiyada 10 min illik mamont dişlərini qaçaq yolla daşıyan şəxslər saxlanılıb

Rusiya ilə Belarusun sərhədində, Smolensk vilayətində polis və Federal Təhlükəsizlik Xidməti tərəfindən mamont dişlərini sərhəddən qanunsuz keçirməyə çalışan yük maşınının sürücüsü saxlanılıb.

ONA “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, qiymətli tapıntının aşkarlandığı avtomobil Moskvadan Belarusa gedirmiş.

Polis araşdırması zamanı məlum olub ki, yükün daşınması üçün sürücüdə lazımi sənədlər mövcud deyil. Bildirilir ki, paleontoloji dövrə aid materiallar Yakutiya ərazisindən əldə olunub. Onların təxmini yaşı azı 10 min ildir.

Faktla əlaqədar araşdırmalara başlanılıb. Polis mamont dişlərinin daşınmasını təşkil edən şəxsləri axtarır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR