• DÜNYA

    00:52 12 may 2019

Rusiyada 24 yaşlı azərbaycanlı çayda boğulub

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində 24 yaşlı azərbaycanlı gənc Belaya çayında boğulub.

ONA-nın Moskva bürosunun verdiyi xəbərə görə, hadisə mayın 11-də axşam saatlarında Ufa şəhərinin Monumenta drujbı rayonunda baş verib.

Xilasetmə xidmətinə çayda bir nəfərin boğulması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə xilasedicilər gələnə kimi azərbaycanlı gənc boğulub. Onun cəsədini tapmaq hələ də mümkün olmayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR