Rusiyada 27 yaşlı azərbaycanlı güllələnib
  • DÜNYA

  • 18:24 28 İyul 2019

Rusiyada 27 yaşlı azərbaycanlı güllələnib

Bu gün Rusiyada 27 yaşlı azərbaycanlı güllələnib.

APA-nın "1000inf.ru" saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saat 04.00 radələrində İvanovo şəhərinin Puşkin meydanında, "Rokko" barında baş verib.

Barda odlu silahın tətbiqi ilə müşayiət edilən münaqişə baş verib. Nəticədə 27 yaşlı azərbaycanlı qətlə yetirilib.

Qətldə şübhəli sayılan şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanları hələ hadisə ilə bağlı şərh verməyib.

OXŞAR XƏBƏRLƏR