Rusiya prezidenti Vladimir Putin hava limanlarına məşhur rusların adlarının verilməsi ilə bağlı sərəncam imzalayıb.
ONA TASS-a istinadən xəbər verir ki, 40-dan çox hava limanına yeni adlar veriləcək.
Domodedovo hava limanı rus alim Mixail Lomonosovun, Vnukovo hava limanı – aviakonstruktor Andrey Tupolyovun, Şeremetyevo hava limanı isə rus şairi Aleksandr Puşkinin adını daşıyacaq.
Bildirilir ki, Kaliniqraddakı Xrabrovo hava limanı rus imperatriçası Yelizaveta Petrovnanın, Kaluqadakı hava limanı alim və ixtiraçı Konstantin Sialkovskinin, Krasnoyarskdakı Dmitri Xvorostovskinin, Nijni Novqoroddakı hava limanı isə pilot Valeriy Çkalovun adını daşıyacaq.