Rusiyanın Voronej vilayətində yerli vaxtla saat 18.53-də 5 nəfər çuxura düşərək dünyasını dəyişib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Novousmanski rayonu administrasiyasının nümayəndəsi məlumat verib
Ölənlərin 2-si uşaq, biri qadın və digər iki nəfəri kişi olub.
Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə işçiləri cəlb edilib.