Bu gün Rusiyanın Nijeqorod vilayətində turistlərin olduğu avtobus aşıb, 20 nəfər xəsarət alıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Saratovdan çıxan avtobus yerli vaxta saat 09.40 radələrində Qaqinsk rayonunun Panovo-Osanovo kəndi yaxınlığında aşıb.
İlkin məlumata görə, qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi olub və 2 sürücü və 27 sərnişinin olduğu avtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar yoxdur.
Yaralılar xəstəxanalara yerləşdirilib.