• DÜNYA

    01:20 30 yanvar 2021

Rusiyada baş vermiş ağır avtoqəzada ölənlərin sayı artıb - YENİLƏNİB

Rusiyanın Samara vilayətində üç avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin açıqlamasında qeyd olunub.

“Daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan beşi reanimasiyadadır”, - məlumatda belə deyilir.

Bundan əvvəl avtoqəza nəticəsində 11 nəfərin öldüyü, 15 nəfərinsə xəsarət aldığı deyilirdi. Vilayətin Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 13-ü xəstəxanaya yerləşdirilmiş, səkkizi ağır vəziyyətdə olub.

Qeyd edək ki, yol qəzası Sızran rayonunun Zaborovka kəndi ərazisində, M-5 “Ural” federal avtomobil yolunda baş verib. Hadisə zamanı yük maşını, mikroavtobus və minik maşını toqquşub.

Avtoqəza ilə əlaqədar cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

***

Saat 00:12

Rusiyanın Samara vilayətində ağır yol qəzası baş verib. Hadisə zamanı “Citroen” markalı mikroavtobus, “DAF” markalı yük maşını və “Chevrolet” markalı minik maşını toqquşub. Avtoqəza zamanı 11 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Azarov özünün “Instagram” səhifəsində yazıb.

“Yol qəzası bu dəqiqələrə qədər 11 nəfərin ölümünə səbəb olub: 10 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada keçinib. Ümumilikdə 24 nəfər xəsarət alıb, onların hamısı xəstəxanaya yerləşdirilib, üçü hazırda cərrahi əməliyyat olunur”, - deyə Azarov bildirib.

Məlumata görə, hadisə zamanı xəsarət alan və ölənlərin arasında azyaşlı və ya yeniyetmə yoxdur. Avtobus Sızran şəhərinə doğru hərəkət edirmiş.

İstintaqçıların ehtimalına görə, qəzaya avtobusun manevr etməsi səbəb ola bilər. “Ehtimal ki, avtobus ötmə əməliyyatına çıxıbmış”, - İstintaq Komitəsindən belə deyilib.

Hazırda İstintaq Komitəsinin, Rusiya Fövqəladə Hallar Xidmətinin, prokurorluq orqanlarının hadisə yerində əməliyyat tədbirləri davam etdirilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR