Rusiyanın Voronej vilayətində minik maşınının yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgənin təcili tibbi yardım xidmətindən məlumat verilib.
“M6 “Kaspi” federal magistral yolun 608-ci kilometrliyində minik maşını yük maşını ilə toqquşub. İlkin məlumata görə, minik maşınında 4 nəfər ölüb”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, yük maşınında da bir nəfər xəsarət alıb. Qəzanın səbəbləri araşdırılır.