Mahaçqalada beşmərtəbəli binada baş verən yanğın nəticəsində beş nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “TASS”-a Rusiya Federasiyası İstintaq Komitəsinin regional şöbəsinin mətbuat xidmətindən bildirilib.
“İlkin məlumata görə, Mahaçqalada beşmərtəbəli binada iki mənzildə baş verən yanğın nəticəsində beş nəfər ölüb”, - məlumatda belə deyilir.
Bildirilir ki, ölənlər bir qadın və dörd uşaqdır. Yanğının baş verdiyi ünvanda Rusiyanın İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin müstəntiqləri çalışır. Hadisənin səbəbi, ölənlərin və yaralananların sayı dəqiqləşdirilir.