• DÜNYA

    05:47 7 avqust 2019

Rusiyada baş vermiş yol qəzasında 12 nəfər xəsarət alıb

Rusiyanın Saxalin vilayətində sərnişin avtobusu qəzaya uğrayıb. Nəticədə 12 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsi məlumat yayıb.

Məlumata görə, qəza Cənubi-Saxalinsk – Oxa avtomobil yolunda baş verib. Avtobusda həmin vaxt 21 sərnişinin olduğu deyilir. Əraziyə polis və təcili tibbi yardım xidməti gəlib və yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə barədə digər təfərrüatlar verilmir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR