Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində ölənlərin sayı artıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.
***
saat 08:59
Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 adam yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.
FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.