Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən partlayış baş verib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb.
Partlayış binanın 2-ci mərtəbəsində olub.
Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, binanda olan 85 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilib.