Rusiyanın Kemerovo vilayətində 2 uşaq çayda boğulub.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Prokopyevsk şəhərində 6 və 7 yaşlı iki uşağın itkin düşməsi ilə bağlı Rusiya İstintaq Komitəsinin region bölməsinə məlumat daxil olub. Axtarış tədbirlər nəticəsində hər iki uşağın meyiti evlərinin yaxınlığında çaydan tapılıb.
Faktla bağlı cinayət işi başladılıb.