• DÜNYA

    15:52 19 oktyabr 2019

Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb

Rusiyanın Yaroslavl vilayətində dəhşətli yanğın baş verib.

ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rostov rayonunda baş vermiş yanğında yeddi nəfər ölüb.

Yanğın oktyabrın 10-na keçən gecə çoxmənzilli binada qeydə alınıb. Ölənlərdən beşi uşaqdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR