• DÜNYA

    04:06 3 aprel 2021

Rusiyada deputatdan narkotest verməsi tələb edilib

Rusiyanın Sankt-Peterburq parlamentinin deputatı Maksim Reznik narkotik maddə işi ilə bağlı şahid qismində müstəntiq tərəfindən dindirildiyini bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, millət vəkili, həmçinin, ondan DNT testi verməsinin tələb olunduğunu deyib.

Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqun Nevski Rayon Məhkəməsi yerli icəsənət xadimi İvan Dorofeevi narkotik satmaqda günahlandıraraq həbs edib. Sosial şəbəkədə yayılan Dorofeevin mənzilindən çəkilmiş videoda Reznikin olması şübhə ilə qarşılanıb. Deputat bunu, sadəcə, qohumunu ziyarət etməsi ilə izah edib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR