• DÜNYA

    13:28 21 noyabr 2021

Rusiyada erməni biznesmen öldürülüb

Rusiyada erməni biznesmen öldürülüb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 20-də Leninqrad vilayətində A-121 (Sortavala) magistralında maneəyə çırpılan “Mitsubishi Galant” minik avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.
Avtomobilin sürücüsü və iki sərnişin qəza yerindən qaçmaq istəsə də, polis onları saxlayıb. Avtomobilin yük yerindən düşən meyitin şəxsiyyəti müəyyənləşib və onun 50 yaşlı İrəvan sakini, biznesmen Arkadi Kazinyan olduğu müəyyənləşib.
Biznesmenin Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürüldüyü, meyitin isə basdırılmaq üçün meşəyə aparıldığı üzə çıxıb.
Qətlin səbəbi hələlik məlum deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR